USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən ASAN Radioya verilən məlumata görə, tədbirə ABŞ ictimaiyyətinin nümayəndələri, ABŞ-da yaşayan həmyerlilərimiz və səfirliyin əməkdaşları ilə yanaşı Xocalı faciəsinə həsr olunmuş “Sülh laylayı” (The Lulluby of Peace) adlı musiqi əsərinin hazırlanmasında  iştirak etmiş Vaşinqton Beynəlxalq Piano Sənəti Şurasının çoxsaylı nümayəndələri qatılıb.

Tədbiri giriş nitqi ilə açan səfir Elin Süleymanov Ümummilli liderin Azərbaycanın inkişafı və xalqımızın rifahında rolu, göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna xidmətləri olan Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və qətiyyətli addımları nəticəsində ölkənin hərtərəfli inkişafına nail olunduğu qeyd edilib. Müasir Azərbaycan dövlətinin banisi olan Ulu öndərin qətiyyətli mövqeyinin və uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycanın irimiqyaslı tarixi layihələrə imza atdığı bildirilib.

Heydər Əliyevin anım günü çərçivəsində ABŞ-ın Merilend ştatının Qida Bankına Azərbaycan tərəfindən ianə edilib. Merilend Qida Bankının Prezidenti Karmen Del Qersio və Hökumətlə Əlaqələr üzrə Direktoru Nensi Smitlə Səfirlikdə keçirilən görüş zamanı səfir Elin Süleymanov ümummilli lider Heydər Əliyevin bir neçə dəfə Merilənd ştatına səfər etməsindən bəhs edib və dahi liderin sayəsində Azərbaycan-ABŞ münasibətlərinin inkişaf edərək strateji önəm almasını vurğulayıb.

Merilend Qida Bankının prezidenti K.Qersio Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Merilend Qida Bankına ölkəmizin yardımının  artıq çox gözəl bir ənənəyə çevrildiyini qeyd edib və buna görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib. O, həmçinin Heydər Əliyevin xatirəsi ilə bağlı yaranmış əməkdaşlığın Azərbaycanla Merilənd ştatı arasında bağların daha da möhkəmlənməsinə səbəb olduğunu qeyd edib. N.Smit 1979-cu ildən fəaliyyət göstərən Merilend Qida Bankının vasitəsilə hər il ehtiyacı olan yüz minlərlə amerikalıya qida məhsullarının paylanıldığını qeyd edib və bu il Azərbaycan tərəfindən edilən töhfə nəticəsində qarşıdan gələn milad və yeni il bayramları ərəfəsində on beş min ehtiyacı olan insanın yeməklə təmin olunacağını vurğulayıb.

Bundan başqa, səfirliyin təşkilatçılığı ilə 8 dekabr 2017-ci il tarixində Vaşinqton şəhərində yerləşən İslam Mərkəzində cümə namazı zamanı Ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunub və ona Allahdan rəhmət dilənib. İslam Mərkəzinin direktoru doktor Abdulla Xuc iştirak edənlərə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqının tarixində oynadığı misilsiz rolu barədə məlumat verib. Cümə namazının ardından təşkil edilən ehsan süfrəsində 300 nəfər iştirak edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!