USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 12-də Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes ilə görüşüb.

ASAN Radio xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti noyabr ayında Parisdə Bakının Ümumdünya “Expo-2025” sərgisinə namizəd şəhər olması ilə bağlı qəbulun təşkil edildiyini, həmçinin Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyası çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən “Bakı Expo 2025”in təqdimatının keçirildiyini xatırlatdı. Mehriban Əliyeva məmnuniyyətlə qeyd etdi ki, ölkəmiz son illər Beynəlxalq Sərgilər Bürosu ilə səmərəli əməkdaşlıq edir. Azərbaycanın beynəlxalq sərgilərdə uğurla iştirak etdiyini deyən Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzesin bu sərgilərin keçirilməsinə dəstəyini xüsusi vurğuladı. Ümumdünya “Expo-2025” üçün Bakının da öz namizədliyini irəli sürdüyünü deyən Birinci vitse-prezident ölkəmizin bu sahədə zəngin təcrübəsini qeyd etdi. Bildirdi ki, son illərdə Bakı bir neçə beynəlxalq tədbirə uğurla ev sahibliyi edib. “Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi göstərir ki, ölkəmiz “Expo-2025”in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq”, - deyən Mehriban Əliyeva “Expo-2025”in Bakıda təşkili təşəbbüsünün həm dövlət qurumları, həm hökumət, həm də cəmiyyət tərəfindən dəstəkləndiyini vurğuladı. Birinci vitse-prezident ölkəmizin sərgi üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirərək, daha gözəl gələcək quraq” mövzusunun dünya üçün aktuallığını qeyd etdi. Dimitri Kerkentzesin ikinci dəfədir ki, Azərbaycana səfər etdiyini deyən Mehriban Əliyeva onun “Expo-2025” sərgisi ilə bağlı təkliflərinin və tövsiyələrinin ölkəmiz üçün çox faydalı olacağına əminliyini ifadə etdi. Bildirdi ki, gələn il ölkəmizi növbəti mərhələ - qiymətləndirmə missiyasını qəbul etmək və görülən işlər barədə məlumat təqdim etmək gözləyir. Bu baxımdan Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavininin ölkəmizə səfəri böyük əhəmiyyətə malikdir.

Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes Azərbaycanda olmaqdan məmnunluğunu bildirdi. Dimitri Kerkentzes qeyd etdi ki, Azərbaycan dövlətinin, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın Bakının “Expo-2025”ə namizədliyini irəli sürməsi ilə bağlı tədbirləri dəstəkləməsi Azərbaycanın bu layihəyə önəm verdiyini nümayiş etdirir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!