21/01/2018 16:32

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0849 0.0301 0.4512


Dövlət xidmətləri

Səyyar “ASAN xidmət” Tovuzda bölgə sakinlərinə xidmət göstərir


12.12.2017   19:16


Səyyar “ASAN xidmət” dekabrın 12-dən Tovuz şəhərində vətəndaşlara xidmət göstərməyə başlayıb.

Dekabrın 26-dək bölgə sakinlərinə xidmət göstərəcək səyyar “ASAN xidmət”in qrup rəhbəri Nail Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Tovuz rayonu ilə yanaşı, Qazaxdan Goranboyadək 13 rayonun sakinləri və bu rayonlarda məskunlaşan məcburi köçkünlər də xidmətlərdən yararlana bilərlər.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Nail Məmmədov qeyd edib ki, bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.




Xəbər lenti

20 Yanvar
19 Yanvar











ASAN Radio telefonunuzda
Facebook