USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ABAD” vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək layihəsi imzalanıb

13 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "Balakən regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" layihə sənədinin imzalanma mərasimi keçirilib.

ASAN Radio xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, son illər Respublikamızda sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Və bu islahatların tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə yeni qurum - “ASAN xidmət” təsis edildi. İnam Kərimovun sözlərinə görə, mərkəzlərin yaradılması ilə vətəndaşlara göstərilən xidmətlərin səviyyəsi yeni, daha keyfiyyətli mərhələyə qədəm qoydu. Sədr onu da qeyd edib ki, Azərbaycan dövlətinin vətəndaşlarımızın həyatını asanlaşdırmağa yönəlmiş növbəti addımlardan biri də  “ABAD” mərkəzlərinin  yaradılması oldu. “Kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında “ABAD”-ın xüsusi yeri var. O, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır və Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir” - deyə İnam Kərimov əlavə edib.

Daha sonra tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “ASAN xidmət”-in Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi, korrupsiyaya qarşı mübarizədə və yaxşı idarəçilik baxımından effektli layihə olduğunu bildirdi. O, “ASAN xidmət” və “ABAD” publik hüquqi şəxsi ilə əməkdaşlıqdan məmnunluğunu vurğuladı. Və bu işdə bütün tərəflərə uğurlar arzuladı.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-nın rezident nümayəndəsi Qulam İshaqzai öz çıxışında ilk öncə yeni açılmış Quba “ASAN həyat” kompleksi münasibəti ilə ASAN ailəsini təbrik etdi. O qeyd etdi ki, Azərbaycanın brendi olan “ASAN xidmət” BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək mükafat və diplomla təltif olunub. Qulam İshaqzai bildirdi ki, layihənin məqsədi Balakəndə “ABAD” regional mərkəzə geniş dəstək verməklə Şəki-Zaqatala iqtisadi zonasında kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşmasına dəstək verməkdir.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-nın rezident nümayəndəsi Qulam İshaqzai ““ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" əməkdaşlıq müqaviləsini imzalayıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!