USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Şabranda “Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” adlı konfrans keçirilib

Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” adlı konfranş baş tutub.

ASAN Radio xəbər verir ki, Şabran şəhəri Heydər Əliyev Mərkəzində baş tutan konfransda rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan  Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov dini sahədə maarifləndirmə işinin təhsil müəssisələrində düzgün səviyyədə təşkil olunmasının önəminə toxunub. Yeniyetmə və gənclərin böyük əksəriyyətinin məhz məktəb yaşı dövründə aldığı biliklər hesabına formalaşdığını diqqətə çatdırıb. Mehdi Balabəyov bu səbəblərdən bu yaş kateqoriyasına daxil olanlar arasında milli-mənəvi dəyərlərin təbliği və ənənəvi İslam dininin düzgün çatdırılması sahəsində həyata keçirilən maarifləndirmə işinin əhəmiyyətindən bəhs edib.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov konfransda elektron təqdimatla çıxış edərək dünyada mövcud olan dinləri inkişaf tempinə görə müqayisə edib. O, dini zəmində baş verən münaqişələrin həlli yolunun dini həmrəylikdən keçdiyini bildirib. Bu məqsədlə də ölkəmizin hazırda dinlərarası dialoqun inkişafında mühüm addımlar atdığını diqqətə çatdırıb.

Konfransda Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında dinə yanaşmanın müxtəlif formaları barədə danışıb. O, cəmiyyətdə parçalanma yaratmaq istəyən qüvvələrin apardıqları təbliğatların əsas mahiyyətini geniş şəkildə izah edib. İnsanların inancına hörmət hissinin qorunmasının və təbliğ olunmasının vacib olduğunu dilə gətirib. Yeniyetmə və gənclər arasında dini maarifləndirmə prosesində bu yanaşmaya xüsusi diqqət yetirməli olduğumuzu bildirib.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!