Abu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının yarımfinal mərhələsində "Real Madrid" komandası Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubuna 2:1 hesabı ilə qalib gəlib. Finala yüksələn Madrid təmsilçisi qızıl medallar uğrunda görüşdə Braziliyanın "Qremio" komandası ilə qarşılaşacaq. Üçüncü yer uğrunda isə "Əl-Cəzirə" və Meksikanın "Paçuka" komandaları ilə üz-üzə gələcəklər.
ASAN Radio xəbər verir ki, "Real Madrid" Kriştianu Ronaldu və Qaret Beylin qolu ilə "Barselona"nın rekordunu yeniləyib. Hər iki klub klublararası dünya çempionatında ən çox qol vuran komandadır. Belə ki, İspaniya klubları çempionatın tarixində 23 qol vurub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!