USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident "Baku Steel Company" MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və sənayenin əsaslı şəkildə inkişafı başlıca prioritetlərdəndir. Qarşıya qoyulan əsas məqsədlərdən biri də ölkəmizin bütün regionlarında sənayeni daha da inkişaf etdirməkdir. Ölkənin qeyri-neft sektoruna yönəldilən investisiyalar Azərbaycan iqtisadiyyatının daha da inkişafına və keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. Bu baxımdan “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodu ölkə iqtisadiyyatına mühüm töhfədir. Bu cür zavodların fəaliyyəti ölkə iqtisadiyyatının sənayeləşdirilməsinin sürətləndirilməsinə, yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşməsinə, rəqabətqabiliyyətli müasir və prioritet istehsal sahələrinin yaradılmasına, sənayenin innovasiyalar əsasında inkişafının və yeni iş yerlərinin açılmasının təmin edilməsinə xidmət edir. Hazırda enerjidən səmərəli istifadə edilən, yüksək əlavə dəyər yaradan və ən son elmi-texniki yeniliklərə əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi üçün respublikamızda yenidənqurma tədbirləri ardıcıl xarakter daşıyır. “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunda da bu istiqamətdə tədbirlər davam etdirilir.

“Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.

Bildirilib ki, Azərbaycan boruyayma zavodu 1947-ci ildə yaradılıb, tam gücü ilə istehsal fəaliyyətinə isə 1952-ci ilin dekabrında başlayıb. Keçmiş SSRİ ərazisində tikişsiz boru istehsal edən 26 müəssisədən biri olan bu zavodda çalışanların sayı 12 min nəfər, onun illik istehsal gücü isə 1 milyon ton məhsul təşkil edib. 1979-cu ildə ulu öndər Heydər Əliyevin tapşırığına əsasən zavodun ərazisində neft sənayesi üçün qazma borularının istehsalı sahəsi yaradılıb. Bununla da zavod keçmiş SSRİ məkanında qazma borusu istehsal edən 3 müəssisədən birinə çevrilib. Zavodda istehsal olunan qazma, qoruyucu, nasos-kompressor, neft-qaz boruları, həmçinin ümumi təyinatlı borular neft və maşınqayırma sənayesində geniş istifadə edilib. 1995-ci ildə zavod fəaliyyətini tamamilə dayandırıb. İstehsal sahələri və qurğuları texniki cəhətdən yararsız hala düşüb. 2016-cı ilin oktyabr ayında “Baku Steel Company” MMC-nin oksigen zavodunun açılışı zamanı Prezident İlham Əliyev Sumqayıt boruyayma zavodunun əsaslı yenidən qurulması və fəaliyyətə başlaması barədə tapşırıqlar verib. Həmin tapşırıqlar əsasında zavod qısa müddət ərzində yenidən qurulub və fəaliyyətə başlaması üçün tam hazır vəziyyətə gətirilib.

Dövlətimizin başçısı zavodu işə salıb.

Məlumat verildi ki, yenidənqurmadan sonra zavodun illik istehsal gücü 90 min tondan 200 min tona çatdırılıb. Müəssisədə quraşdırılan müasir avadanlıq keyfiyyətli məhsul əldə etməyə imkan verir. Quraşdırılan avadanlıq dünyanın bu sahədə aparıcı şirkətlərinin məhsuludur. Müəssisədə 531 nəfər daimi işlə təmin edilib ki, onların da orta aylıq əməkhaqqı 1500 manatdır. Zavodda 3 növbə üzrə 24 saatlıq rejimdə fəaliyyət göstərən 180 yerlik yeməkxana inşa edilib.

Müəssisənin mərkəzi sınaq laboratoriyası ABŞ, Avropa, Çin və Tayvanda istehsal olunan müasir avadanlıqlarla təchiz edilib. Laboratoriyada metalın bərkliyini, möhkəmliyini, axma həddini və nisbi uzanmasını təyin edən avadanlıq quraşdırılıb, mikro və makrostruktur analizlər üçün hər növ mikroskoplar, metalın kimyəvi tərkibini təyin etmək üçün spektrometr qoyulub. Azərbaycan istehsalı olan borular daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Müəssisənin məhsullarının Almaniya, Hollandiya, Belçika, İtaliya, Avstriya, Türkiyə, Rusiya, Qazaxıstan, Litva və Ukraynaya ixracı nəzərdə tutulur.

Zavodun ərazisində geniş abadlıq işləri aparılıb, 38 min kvadratmetr sahədə yaşıllıq sahəsi salınıb.

Sonda xatirə şəkli çəkdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!