USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun “Ümumi Yığıncağ”ı keçirilib

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin ilin yekunlarına həsr olunmuş “Ümumi Yığıncağ”ı keçirilib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov ASAN Radioya bildirib ki, “Ümumi Yığıncaq”da cari ildə görülmüş işlərlə bağlı müzakirələr aparılıb. Bildirilib ki, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi 29 sentyabr 2017-ci il tarixindən etibarən rəsmi dövlət qeydiyyatına alınıb. Qısa müddət ərzində beynəlxalq əlaqələrin qurulması və qlobal bazarın araşdırılması istiqamətində müxtəlif qitələrdən bir sıra ölkələrin yüksək ranqlı nümayəndələri ilə görüşlər keçirilib, Azərbaycanın innovativ məhsulları təqdim edilib, əməkdaşlıq istiqamətləri müzakirə olunubdur.  

Həmçinin bildirilib ki, Quba “ASAN həyat” Kompleksinin açılışı zamanı “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” Azərbaycan Respublikasının başçısı cənab İlham Əliyevə təqdim olunub, konsorsiumun yaradılma məqsədləri, fəaliyyət istiqamətləri, gələcək hədəfləriylə bağlı məlumat verilib.

Daha sonra 2018-ci il üçün nəzərdə tutulmuş tədbirlər planı, əməkdaşlıqlar, görüləcək işlər, qurulacaq beynəlxalq nümayəndəliklər, hədəf ölkələr və hədəf ölkələrə uyğun ixrac potensialına malik xidmət və məhsullar müzakirə olunub.

Qeyd edək ki, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşması, intellektual, innovativ və rəqabətqabiliyyətli potensialın formalaşdırılması, beynəlxalq ixrac imkanlarının gücləndirilməsi, beynəlxalq aləmdə intellektual brend kimi tanınan “ASAN xidmət” təcrübəsinin və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara inteqrasiya etməsi məqsədi daşıyır. Konsorsium İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri bir araya toplayaraq onların mənafelərinin qorumasının və beynəlxalq bazarda təmsil olunmasının, bununla yanaşı qeyd olunan şirkətlərin İT məhsullarının satışını həyata keçirilməsini nəzərdə tutur.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!