USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Komitəsinin sədri İsveçrənin ölkəmizdəki səfiri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 15-də İsveçrənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Stalder ilə görüşüb.

ASAN Radio Komitəyə istinadən xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda mövcud olan multikultural mühit, digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant münasibət, ölkəmizdə mədəniyyətlərarası dialoqun daha da inkişaf etdirilməsi məqsədi ilə görülən işlər barədə danışıb. Bildirib ki, dövlət tərəfindən İslam dini icmaları ilə yanaşı, qeyri-islam dini icmalara ayrılan maliyyə yardımı həmin icmaların ölkəmizdə fəal və səmərəli fəaliyyət göstərmələrində mühüm rol oynayır.  

Dövlət Komitəsinin fəaliyyəti barədə də qonağa məlumat verən Mübariz Qurbanlı ölkəmizdə dini radikalizmə qarşı inzibati, iqtisadi, ideoloji  istiqamətlərdə aparılan mübarizənin artıq nəticə verdiyini bildirib.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunan Dövlət Komitəsinin sədri Ermənistanın Azərbaycan torpaqlarını zəbt etdiyini, işğal altında olan ərazilərimizdə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulduğunu diqqətə çatdırıb.

İsveçrənin səfiri Filip Stalder Azərbaycanın dünyaya tolerantlıq və həmrəylik modelini uğurla nümayiş etdirdiyini qeyd edib. İsveçrə Yəhudi İcmaları Federasiyasının nümayəndə heyətinin ötən il ölkəmizə səfər etdiyini xatırladan diplomat onların Azərbaycandan xoş təəssüratla ayrıldıqlarını, ölkəmizdəki multikultural və tolerant mühitin əyani şahidi olduqlarını vurğulayıb.

Görüşün sonunda Dövlət Komitəsinin sədri qonağa Azərbaycandakı tolerant mühitin əks olunduğu kitablar hədiyyə edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!