USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Pole çudes” verilişi Azərbaycana həsr olunub - Video

Cümə günü Rusiyanın Birinci kanalında yayımlanan "Pole çudes" verilişinin növbəti buraxılışı Beynəlxalq çay gününə və Azərbaycana həsr olunub.

ASAN Radio xəbər verir ki, yayım ərzində verilişin çoxmilyonluq auditoriyası Azərbaycanın rəqs, musiqi və çay ənənələri ilə tanış olub, studiyanın özü isə Azərbaycanın milli ornamentləri ilə bəzədilib.

“Pole Çudes”in bu dəfəki yayımına Bakı, Astara və digər bölgələrdən olan vətəndaşlar qatılıblar. 

İştirakçılardan biri isə şoumen, prodüsser və “Bakılı oğlanlar” komandasının aktyorlardan Murad Dadaşov olub. O, aparıcı Leonid Yakuboviçə "Qarabağ" futbol klubunun üzərində futbolçuların imzası olan formasını, müxtəlif Azərbaycan meyvələrindən hazırlanmış mürəbbələr və bir banka neft hədiyyə edib. Möhtəşəm şou ilə bağlı Murad Dadaşaov ASAN Radioya açıqlama verib.

“Mən sizin Azərbaycanda nə qədər çox sevildiyinizi bildiyinizdən əminəm. Sizin gəlişinizdən sonra insanlar o qədər təsirlənmişdilər ki, övladlarını Leonid, hətta Yakuboviç, “Polu Çudes” adlandırmağa başladılar. Bəziləri hətta daha uzağa gedərək Yakuboviçin bığlarını dəb olsun deyə saxladı” – deyə Dadaşov zarafatla aparıcıya deyib.

Bundan sonra Qafqaz papağı və Yakuboviçin bığları olan uşağın fotosunu aparıcıya göstərib.

"Pole Çudes"də Əməkdar artist Həsənağa Sadıqov nəlbəkidə ifası ilə qonaqları təəccübləndirib. 

Şouda tarzən Şəhriyar İmanov da çıxış edib.

Veriliş boyu Azərbaycan milli musiqiləri səsləndirilib və maraqla qarşılanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!