USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DYP yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib.

İdarədən ASAN Radioya verilən məlumata görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sürücülər idarə etdikləri mexaniki nəqliyyat vasitələrində daşıdıqları yükün düşməməsi, hərəkətə mane olmaması üçün hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidirlər. Bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Həmin Məcəllənin 122.1-ci maddəsinə müvafiq olaraq qeyd olunan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsini nəzərə alaraq, DİN Baş DYP İdarəsi sürücülərin və avtonəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, yük daşıma qaydalarının pozulmasına, yəni qanunvericiliklə nəzərdə tutulmuş qabarit ölçülərindən kənara çıxan, sürücünün ətrafı görməsini məhdudlaşdıran, toz qaldıran, yolu və ətraf mühiti çirkləndirən, yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutan, habelə  üstünə örtük çəkilmədən taxıl, ot, yem və tökülən digər yüklərin daşınmasına görə həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılır.

Qeyd olunanlar, eləcə də sadalanan qayda pozuntularının sürücü və DYP əməkdaşlarının iştirakı olmadan aşkarlanaraq sənədləşdirilməsi nəzərə alınaraq, bu növ fəaliyyətlə məşğul olan sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə yük daşıma qaydalara ciddi riayət edilməsi tövsiyə olunur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!