Məşhur memarlıq jurnalı "Architectural Digest" dünyanın ən gözəl məscidlərinin sırasında Bibiheybəti xüsusi vurğulayıb.
ASAN Radionun məlumatına görə, jurnal dünyanın ən gözəl memarlıq nümunələrindən olan məscidlər haqqında məqaləsini "Məscidlər: İslamın Gözəlliyi" kitabının əsasında hazırlayıb.
Azərbaycandan olan dizayner Leyla Uluxanlının müəllifi olan kitab dünyanın ən gözəl 53 məscidindən bəhs edir.
Məqalədə ecazkar məscidlər arasında Parisin Böyük Məscidi (Fransa), Şeyx Lütfullah Məscidi (İsfahan, İran), Qaraviyyin Məscidi (Fəs, Mərakeş), Qroznının ürəyi ( Əhməd Kadırov məscidi) (Çeçenistan), Şeyx Zayed məscidi kompleksinin (Abu Dabi, BƏƏ) adı çəkilir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!