USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib- YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radio xəbər verir ki, Keiko Honda Dünya Bankının prezidenti Cim Yen Kimin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq təmsil etdiyi qurumun ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini, Azərbaycanda aparılan iqtisadi islahatları yaxından izlədiklərini və görülən işləri yüksək qiymətləndirdiklərini bildirdi. Azərbaycanda iqtisadi çətinliklərin arxada qoyulması, ölkədə sabitliyə və inkişafa nail olunması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdıran Keiko Honda Azərbaycan iqtisadiyyatının inkişafı və ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində əldə edilən uğurların önəmini qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Dünya Bankının Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara verdiyi davamlı dəstəyi yüksək qiymətləndirdi və təşkilat tərəfindən ölkəmizə ayrılan maliyyə vəsaitlərinin önəmini qeyd etdi. Dövlətimizin başçısı bu il Azərbaycanla Dünya Bankı Qrupu arasında əməkdaşlığın 25 illiyinin qeyd olunduğunu məmnunluqla bildirərək ötən dövr ərzində Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi tərəfindən ölkəmizdə xarici investorların həyata keçirdiyi bir sıra mühüm investisiya layihələrinə, eləcə də qlobal əhəmiyyətli “Cənub Qaz Dəhlizi” layihəsinə verilən dəstəyin önəmini vurğuladı. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin nəinki Azərbaycan, o cümlədən Avropa da daxil olmaqla geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Ölkəmizin maliyyə qabiliyyətli etibarlı tərəfdaş olduğunu, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirdiyini qeyd edən dövlətimizin başçısı TANAP layihəsi ilə bağlı işlərin qrafikə uyğun, uğurla həyata keçirildiyini və vaxtında tamamlanacağını bildirdi.

Prezident İlham Əliyev dedi ki, bu il Azərbaycan iqtisadiyyatı artıq sabitləşmə dövrünə qədəm qoyub. İqtisadiyyatımızda neft amilini nəzərə almasaq, görərik ki, bu il qeyri-neft sektorunda 2,5 faiz, qeyri-neft sənaye sahəsində 3 faizdən çox, aqrar sektorda isə 4 faizdən çox inkişafa nail olunub. Neftin qiymətinin aşağı düşməsinin ümumi daxili məhsulun həcminə mənfi təsir göstərməsinə baxmayaraq, qeyri-neft sektoru ümumi daxili məhsulun 70 faizini təşkil edib. Dövlətimizin başçısı qeyd etdi ki, gələcəkdə Cənub Qaz Dəhlizinin işə düşməsi, “Əsrin müqaviləsi”nin müddətinin uzadılması, əlavə investisiya qoyuluşu, qlobal nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinə nikbinliklə baxmaq üçün əsas verir.

Görüşdə Azərbaycan ilə Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Dövlətimizin başçısı Dünya Bankının prezidenti Cim Yen Kimin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Dünya Bankının prezidentinə çatdırmağı xahiş etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin (ÇİZA) icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!