USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Böyük İtalyan musiqiçisinin Yeni il konserti keçiriləcək

Birləşmiş Mədəniyyətlər və Beynəlxalq Muğam Mərkəzi Yeni İlin gəlişini birgə qarşılamaq məqsədilə italyan musiqiçisi Luiza Sellonun xüsusi iştirakı ilə möhtəşəm Yeni İl konserti təşkil edir. 

Luiza Sello müstəsna qabiliyyəti və cəzbedici məlahəti ilə hər bir dinləyiciyə unudulmaz anlar bəxş etməyi bacaran nadir sənətçilərdəndir.

Konsertdə xanım Sellonu skripkada Ceyla Seyidova və Soltan Məmmədov, viyolada Rəna Rəhimova, violonçeldə Aleksey Miltix, pianinoda Səidə Tağızadə, vokalda İlham Nəzərov və İslamə Abdullayeva, tarda Sahib Paşazadə və nağarada Soltan Əliyev müşaiyət edəcək. Proqramda dahi bəstəkarlar Rossini, Bizet, Motsart, Morrikone, Silviotti, Muskaritolo və Əlizadənin repertuarlarından əsərlər, həmçinin İtaliya və Azərbaycan musiqisindən xalq mahnıları ifa olunacaq. 

ASAN Radio xəbər verir ki, konsert dekabrın 29-u saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. 

Biletləri iticket.az saytından və paytaxtımızın kassalarından əldə edə bilərsiz.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!