USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kestutis Yankauskas: "ASAN xidmət" artıq Azərbaycan üçün brendə çevrilib

"Avropa İttifaqı ilə Azərbaycan müsbət dinamika üzrə öz əlaqələrini inkişaf etdirir".

ASAN Radio xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Əmək Miqrasiyası İdarəçiliyinə dair seminarda deyib.

Onun sözlərinə görə, son bir neçə ildə Azərbaycan neft ölkəsindən iqtisadiyyatı daha çox şaxələndirilmiş ölkəyə doğru addımlayıb. "Həmçinin, Azərbaycan miqrantların mənşə ölkəsindən tranzit və daha çox təyinat ölkəsinə çevrilməkdədir. Bundan başqa, ölkədə bir il bundan qabaq başlayan iqtisadi islahatlar turizm, kənd təsərrüfatı, sahibkarlıq, logistika, kiçik və orta biznes sahəsində öz gözəl nəticələrini verməkdədir. Bütün bu sahələrin inkişafı üçün əmək resursu lazımdır. Hər il Avropa İttifaqı Azərbaycanda fəaliyyət göstərən 300 Avropa şirkəti arasında sorğu keçirir. Sorğu göstərir ki, müəyyən məsələlər təkmilləşdirilməlidir. Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin yalnız 30%-i əmək qüvvəsi ilə bağlı məmnunluğu ifadə edir, 22%-i mövcud miqrasiya siyasətindən məmnundurlar. Təbii ki, burada siyasi heç bir şey yoxdur, söhbət biznesin ehtiyaclarından gedir. Azərbaycan artıq sübut edib ki, çox qısa zamanda dəyişə bilər. "ASAN Visa" bir neçə il bundan öncə yox idi. İndiyədək 260 mindən çox viza verilib. "ASAN xidmət" artıq Azərbaycan üçün brendə çevrilib. Avropa İttifaqı olaraq Azərbaycanla münasibətlərdə biz yaxşı dinamika görürük. Biz iqtisadiyyatlarımızın inteqrasiya etməsini, ölkələr və regionlarımızın birləşməsini istəyirik. Miqrasiya bu prosesin tərkib hissəsidir. Avropa İttifaqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi ilə birgə işləyir ki, peşə təhsili təkmilləşsin. Qeyd edim ki, Avropa İttifaqı həm maliyyə dəstəyi verməklə, həm də təcrübələrini bölüşməklə bu proseslərə dəstək vermək niyyətindədir”, - deyə K. Yankauskas bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!