USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vüsal Qasımlı: 2018-ci il iqtisadi inkişaf ili kimi tarixə düşəcək

Azərbaycanda islahatlar artıq dönməz xarakter alıb və bu, Dünya Bankı, eləcə də Beynəlxalq Valyuta Fondunun hesabatlarında öz əksini tapıb. 2017-ci il sabitləşmə, 2018-ci il isə iqtisadi inkişaf ili kimi tarixə düşəcək.

ASAN Radio xəbər verir ki, bu barədə dekabrın 19-da Xəzər Universitetində “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı vurğulayıb ki, tədris ili başlayandan etibarən bu mövzuda Azərbaycandakı 10 universitetdə belə görüşlər təşkil olunub.

Universitetin dekanı Ceyhun Məmmədov isə deyib: “Azərbaycanda qeyri-neft sektorunun və ixracın şaxələnməsi üçün insan kapitalının inkişafında Strateji Yol xəritələrinin rolu böyükdür. Xəzər Universitetində bu mühazirənin təşkil olunması, ölkədə aparılan islahatlar barədə ətraflı məlumatın təqdim edilməsi, gənclərin maarifləndirilməsi baxımından çox əhəmiyyətlidir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!