USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Sürücülərin diqqətinə! Bəzi küçələrdə baryerlər quraşdırılır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin ətrafına təhlükəsizlik baryerlərini quraşdırmağa başlayır. 

ASAN Radionun xəbərinə görə, əməliyyat şirkəti ictimaiyyətin diqqətinə çatdırmaq istəyir ki, bu həftədən başlayaraq Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissəsinə baryerlər quraşdırılacaq. Sürücülərdən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobilləri saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.

BŞH-nin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer ötən yarışla müqayisədə növbəti yarışa hazırlıq işlərinin daha az vaxt aparacağını bildirib: “Biz növbəti dəfə Formula 1 yarışına yüksək səviyyədə ev sahibliyi etmək üçün artıq tikinti-quraşdırma işlərinin aparılması üçün hazırlıqlara start veririk. Əldə etdiyimiz təcrübələr sayəsində hazırlıq işlərinə hər ötən il daha az vaxt sərf edirik. 

Bu il tikinti-quraşdırma işləri ötən illə müqayisədə xeyli az olacaq. Belə ki, Paddok binası hazır vəziyyətdədir və həmçinin bu il qənbər daşlı hissə başda olmaqla bütövlükdə trek boyunca yeni asfalt qatının salınmasına ehtiyac olmayacaq. Bundan başqa, yarış həftəsonu üçün nəzərdə tutulan bəzi yerüstü keçidlər də ötən yarışdan etibarən şəhər sakinlərinin istifadəsindədir. 

Digər tərəfdən çalışırıq ki, yarışa hazırlıq çərçivəsində gördüyümüz bütün işlərdə şəhər sakinlərinin rahat və fasiləsiz hərəkəti təmin olunsun. Fürsətdən istifadə edərək bütün paytaxt sakinlərini yenidən möhtəşəm Formula 1 yarışına ev sahibliyi etmək üçün birgə səy göstərməyə və qarşılaşılan çətinlikləri anlayışla qarşılamağa dəvət edirəm”.

Yarışla əlaqədar aparılan tikinti-quraşdırma işlərinin əsasən iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ martın sonunadək davam edəcək və bu mərhələdə trekin bəzi hissələrində asfalt qatında bərpa işləri aparılmaqla yanaşı trek boyunca təhlükəsizlik baryerlərinin əksəriyyəti də quraşdırılacaq. Həmçinin martın əvvəllərində trek ətrafında tribunalar və digər müvəqqəti tikililərin inşasına başlanacaq. 

İkinci mərhələ martın sonundan yarış həftəsinədək davam edəcək və bu mərhələdə avtomobil yolları açıq saxlanılmaqla trekin qalan hissələrinə təhlükəsizlik baryerləri quraşdırılacaq, trek ətrafında digər müvəqqəti obyektlərin quraşdırılması davam etdiriləcək və trek yarışa tam hazır vəziyyətə gətiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!