"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" tərəfindən üfüqi nişanlama xətlərinin çəkilişi işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Agentlikdən ASAN Radioya verilən məlumata görə, məhdudlaşdırma bu gün axşam saatlarınadək qüvvədə olacaq.
Bundan başqa, bu gün axşam saat 22:00-dan etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Binəqədi şosesinədək olan hissəsində, həmçinin Binəqədi şosesində də yolcizgi və yolgöstərici xətlərinin rənglənməsi işləri aparılacaq.
Aparılan işlərlə əlaqədar olaraq sözügedən yollarda hərəkət qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma səhər saatlarınadək qüvvədə olacaq.
“Sürücülərdən qeyd olunan işləri nəzərə alaraq sözügedən istiqamətlərdə diqqətli olmaları və hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!