USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Paraqvay parlamenti Xocalı soyqırımını tanıyıb

Paraqvay Milli Konqresinin Deputatlar Palatası 1992-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımın pislənilməsi və 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib.

ASAN Radionun xəbərinə görə, bəyanatda bildirilir ki, Xocalı qətliamı Ermənistan və Azərbaycan arasındakı münaqişənin hərbi fazasının 3 ili ərzində mülki əhalinin məruz qaldığı ən böyük hücum olub, nəticədə etnik xarakterli səbəblərə görə 63 uşaq, 106 qadın və 70 yaşlı insan olmaqla, 613 azərbaycanlı qətlə yetirilib, 1275 sakin əsir düşüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Bundan əlavə, 76-sı uşaq olmaqla, 487 nəfər Xocalı sakini şikəst edilib, 26 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib. Bu faktın Azərbaycan Respublikasının müxtəlif qurumları və müstəqil mənbələr tərəfindən tam sənədləşdirildiyi qeyd olunub.

Sənəddə bir sıra dövlətlərin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu soyqırımı və insanlıq əleyhinə cinayəti pislədiyi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən silahlı işğalının qınanıldığı, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə etdikləri vurğulanıb.

Bəyanatda BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələr təcavüzün dayandırılmasını, diqqətin qurbanlara yönəldilməsini və Azərbaycan Respublikası ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin həlli yolu kimi dialoqu təşviq etdiyi bildirilir.

Deputatlar Palatası qeyd olunanları və beynəlxalq humanitar hüququn əsas prinsip və normalarına hörmət edilmədiyini əsas tutaraq 1992-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımı pislədiyini və bu insanlıq əleyhinə cinayətin 26-cı ildönümünün anılması münasibətilə Azərbaycan xalqı ilə öz həmrəyliyini ifadə etdiyini bəyan edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!