USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı-Tbilisi-Qars vasitəsilə yükdaşımalara start verildi

“ADY Express” şirkəti yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımalara başlayıb.

ASAN Radionun məlumatına görə, artıq Azərbaycanla Türkiyə arasında yükdaşımalara dair tariflər müəyyən edilib. Yük sahibləri və yükgöndərənlər həmin qiymətlərlə tanış olub sifarişlərini edə bilərlər:

Qiymətlər cədvəlində hər iki ölkənin əsas şəhərləri arasında tariflər göstərilsə də, “ADY Express” şirkəti “qapıdan-qapıya” yükdaşımaları xidməti təqdim etdiyindən, Azərbaycanla Türkiyə arasında yüklərin nəqlini bütün şəhərlərdən həyata keçirmək mümkündür.

Qeyd edək ki, cədvəldə göstərilən qiymətlər hər iki istiqamətdə eynidir və tariflərə konteynerlərin ayrılması daxil deyil.

Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə yüklərin nəql edilməsinə dair yük sahiblərinə əlavə informasiya və ya məsləhətlər lazım olan təqdirdə, “ADY Express” şirkətinin əməkdaşları ilə əlaqə yaratmağı xahiş olunur.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!