22/01/2018 16:08

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0780 0.0300 0.4447


İdmandasan

"Qalatasaray" Fatih Terimlə müqavilə bağlayıb


22.12.2017   15:04


Türkiyənin "Qalatasaray" klubu baş məşqçi postuna dördüncü dəfə təyin olunan Fatih Terimlə müqavilə bağlayıb.

ASAN Radio xəbər verir ki, 64 yaşlı mütəxəssislə 1,5 illik sözləşmə imzalanıb. Bu barədə bir qədər sonra İctimaiyyəti Məlumatlandırma Platformasına ətraflı məlumat veriləcək. Artıq Terim klubun bazasına gələrək, komandanı məşqə çıxarıb. Bakı vaxtı ilə saat 16:00-da isə o, mətbuat konfransı keçirəcək. 

Qeyd edək ki, Fatih Terim 1996 - 2000, 2002 - 2004 və 2011 - 2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. O, "sarı-qırmızılar"a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kuboku, 1 dəfə isə "Emirates Cup" qazandırıb.     




Xəbər lenti

22 Yanvar
20 Yanvar











ASAN Radio telefonunuzda
Facebook