USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Novruz Məmmədov: "Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsındə ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərar böyük əhəmiyyət daşıyır"

"Dünyada çox gərginlik var və bu gərginlik ATƏT-in Minsk qrupu ölkələrini də narahat və məşğul edir". ASAN Radio xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən müəyyən mənada demək olar ki, Dağlıq Qarabağ münaqişənin həllinə diqqət sanki azalıb: "Buna baxmayaraq, son vaxtlar həmsədrlərin regiona səfəri oldu. Onlar Azərbaycan prezidenti ilə görüşlər keçirdi. Aİ və ATƏT nümayəndələri də səfərlər etdilər və görüş keçirdilər. Proses gedir. Lakin həmişə olduğu kimi, Ermənistan tərəfi danışıqlar prosesinin qarşısını almağa can atır, ləngitməyə çalışır və bu istiqamətdə əlindən gələni etməyə cəhd edir".

Prezidentin köməkçisi bildirib ki, bu ilin noyabrında Şərq Tərəfdaşlığı sammiti çərçivəsində qəbul edilən bəyannamədə ölkələrin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərar böyük əhəmiyyət daşıyır: "Bu, əslində Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində gedən proseslərdə böyük qələbəsidir. Əgər indiyə kimi Avropa ölkələrinin mövqeyində ikili yanaşmalar olurdusa, bundan sonra olmayacaq. Bu da Minsk qrupu həmsədrlərinin də məsələnin həllinə diqqətini gücləndirəcək".

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!