USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"AvropadASAN" layihəsinin ilk mövsümünün başa çatması münasibəti ilə tədbir keçirilib

İki yaşını qeyd edən ASAN Radionun bu il yayımladığı yeni proqramlar arasında Avropa İttifaqının dəstəyi, ADA Universitetinin bələdçiliyi ilə həftədə bir dəfə efirə çıxan “AvropadASAN” adlı proqram da var. 

"AvropadASAN" proqramının ilk mövsümünün başa çatması münasibəti ilə radioda keçirilən tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, verilişin yaradıcı heyəti, radionun kollektivi, media nümayəndələri iştirak edib.

Tədbirdə ASAN Radionun direktoru Emin Musavi bildirib ki, maarifləndirici və əyləncəli verilişin məqsədi Avropa bölgəsini daha da yaxından tanıtmaq idi. “AvropadASAN” verilişi, eyni zamanda, həm coğrafi, həm də daşıyıcısı olduğu maddi və mənəvi dəyərlərlə Avropanın tərkib hissəsi olan Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında dinləyicilərə ətraflı məlumat vermək idi.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas qeyd edib ki, “AvropadASAN” layihəsini həyata keçirmək üçün güclü bir komanda çalışdı. Çox şadam ki, azərbaycanlı dinləyicilər bu proqram vasitəsilə müxtəlif mövzularla bağlı maarifləndirildi. Güclü bir komanda sayəsində əldə olunan bu nailiyyət və Aİ ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafı bizi sevindirir. 

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təhsil ocağının bələdçiliyi ilə yayımlanan proqramın uğurlu alınmasında ASAN Radionun rolunu qeyd edib. Prorektor bildirib ki, həm ADA Universiteti, həm Avropa İttifaqı radionun geniş dinləyici auditoriyasından istifadə edərək layihəni uğurla həyata keçirib. 

“AvropadASAN” verilişinin redaktoru və aparıcısı Şəfəq Mehrəliyeva bildirib ki, layihənin uğurlu alınması komanda işinin nəticəsidir və dərslik kimi istifadə oluna bilər. 

Qeyd edək ki, layihə barədə razılaşmanı bu ilin mayında ASAN Radionun direktoru Emin Musavi və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar. Radio layihə Avropa İttifaqının dəstəyi ilə ADA Universitetində 2013-cü ildən bəri fəaliyyət göstərən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin təşəbbüsüdür. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!