USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“FotoMən” layihəsinin bağlanış mərasimi keçirilib

23 dekabr 2017-ci il tarixində "ASAN Könüllüləri" Təşkilatının “Mədəniyyət carçısı” proqramının təşkilatçılığı, "ASAN xidmət", YARAT Müasir İncəsənət Mərkəzinin və “ASAN radio” dəstəyi, Emin Əlizadənin təşəbbüsü ilə 2017-ci il 21 oktyabr tarixindən 2 ay müddətində keçirilən "FotoMən" layihəsinin bağlanış mərasimi keçirilib.

16 görüşdən ibarət olan layihənin əsas məqsədi fotoqrafiya sahəsinə maraq göstərən gənclərin bu istiqamətdə peşəkarlar tərəfindən maarifləndirilməsidir.  Müsahibə yolu ilə seçilmiş 40 iştirakçı görüşlərdə iştirakla yanaşı qrup şəklində studio çəkilişlərində iştirak edib, qrup işlərini və ev tapşırığını yerinə yetiriblər və sonda bağlanış mərasimi keçirilərək iştirakçıların çəkdiyi şəkillərin foto sərgisi keçirilib.

Kursda peşəkar təlimçilər Orxan Aslanov, Rüfət Abas, Xalid Zeynalov, Raj Steven, Fəxriyyə Məmmədova, Vüqar İbadov və başqaları öz təcrübələrini iştirakçılarla bölüşüblər.

Qeyd edək ki, “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi bu günə qədər vətənpərvərlik, təhsil, ekologiya, sosial, səhiyyə, mədəniyyət, eləcə də fərdi inkişaf sahələri üzrə 200-dən çox yerli və beynəlxalq layihə icra edərək 15000-dən çox gənci əhatə edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!