USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bülbül festivalına həsr olunmuş qala konsert keçirilib 

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyinə həsr edilmiş “Bülbül 120” musiqi festivalının qaliblərinin mükafatlandırılma mərasimi və qala konserti keçirilib.

ASAN Radionun məlumatına görə, “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 may 2017- ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi 2017 – ci il dekabr ayının 18,19 milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliğində böyük rolu olan Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçirilib.

Xanəndəlikdən professional vokal ustasına kimi böyük yaradıcılıq yolu keçən Bülbül Azərbaycan musiqi mədəniyyəti tarixində silinməz iz qoymuş, dünya musiqi sənətinə parlaq səhifələr yazmışdır. Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərmiş, müasir ifaçılar üçün gözəl örnəyə çevrilmişdi. Xalq musiqi nümunələrinin toplanılması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması, xalq musiqisinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında da Bülbülün müstəsna xidmətləri olmuşdu.

Musiqi festivalının keçirilməsində məqsəd xanəndəlik və vokal sənətini inkişaf etdirmək, isdedalı ifaçıları üzə çıxarmaq, onlara dəstək olmaq, yaradıcılıqları üçün geniş imkanlar yaratmaqdır.

Festival xanəndə, milli alətlər, vokal nominasiyaları üzrə keçirilmişdir. İştirakçıların ifalarını xalq artistləri Mənsum İbrahimov, Ağasəlim Abdullayev, Fəxrəddin Dadaşov, əməkdar artistlər Təyyar Bayramov, Təranə Əliyeva, Anar Şuşalı, əməkdar müəllim Qəzənfər Abbbasov qiymətləndiriblər.

İlk olaraq Beynəlxalq Muğam Mərkəzinin foyesində AMK-nın tərkibində İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət şöbəsinin şagirdlərinin rəsmlərindən ibarət sərgi nümayiş olunub.

Mərasimdə Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Milli Konservatoriyasını rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək festival haqqında fikirlərini bölüşdülər və qalibləri diplomlarla tətif etdiblər.

Sonra tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə Prezident təqaüdcüsü Nihad Orucov, beynəlxalq müsabiqələr laureatları Sevda Cəlilova, Süleyman Mahmudov, İsgəndər Həsənzadə, respublika müsabiqəsi laureatları Cəlil Bəşirli, Aydın Rüstəmli, ifaçılar Nərgiz Haşımova, Zəhra Məmmədova, Leyla Şıxıyeva, Pikə Axundova, Eldar Bayramov, Nərgiz Nuriyeva, Mustafa Eyyubov, Ruslan İsmayilov, Mircəciz İbrahimov, Əli Xuduzadə çıxış ediblər.

Tədbirdə tanınmış incəsənət nümayəndələri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Milli Konservatoriyasını rektoru, Xalq artisti Siyavuş Kərimi, Xalq artisti, pianoçu Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov, bəstəkar Faiq Sücəddinov, AMK-nın nəznində musiqi kollecinin direktoru Nazim Kazımov iştirak ediblər.

Tədbir alqışlarla son yetib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!