USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Baş nazirin müavini: “2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq”

“2017-ci ildə istər iqtisadi, istər münaqişələr baxımından dünyada müşahidə olunan gərgin vəziyyətdə belə Azərbaycan inkişaf yolunu davam etdirib. İlimiz uğurla başa çatmaq üzrədir. Təbii ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın birgə fəaliyyəti və Azərbaycan hökuməti, ölkənin bütün kadr potensialının tam şəkildə prezidentin tapşırıqlarını yerinə yetirməsi sayəsində bu nailiyyətlərə nail olunub”.

ASAN Radio xəbər verir ki, bunu APA-ya müsahibəsində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, hələ 2008-ci ildə hökumətin hesabatında prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramını hazırlanması barədə tapşırıq verib: “Dövlət başçısı o vaxt dedi ki, neftin qiyməti nə vaxtsa düşə bilər. Prezident tapşırıq verdi ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramı hazırlansın. Hökumət bunu hazırladı və prezidentin rəhbərliyi altında qeyri-neft sektorunun inkişafı başladı. Fikir verin, neftin qiyməti düşdü, düzdür, müəyyən çalxalanmalar oldu, amma Azərbaycan öz iqtisadi stabilliyini itirmədi. Çünki qeyri-neft sektoru tədricən inkişaf etdi. Bu gün ümumdaxili məhsulun 60 faizdən çoxu qeyri-neft sektorunun payına düşür. Neftin qiyməti 3-4 dəfə düşdü, əgər prezident o zaman bunu etməsəydi, görün, biz nə vəziyyətə düşəcəkdik? İnşallah, 2 ildən sonra, 2020-ci ildə neftdən asılılıq sıfır vəziyyətində olacaq. Artıq o yerə gəlib çatırıq”.

Baş nazirin müavini prezident İlham Əliyev tərəfindən son 14 ildə Azərbaycanın inkişafının təmin olunduğunu qeyd edib: “2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaq. Prezidentin fəaliyyətində digər strateji istiqamət yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. Bu gün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq. Bu strateji istiqamətdə işlər uğurla icra olunur”.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!