“ADY Express” Bakı-Tbilisi-Qars dəmir yolu ilə müəyyən edilmiş tariflər əsasında yüklərin daşımasına başlayıb.
Şirkətdən ASAN Radioya bildirilib ki, artıq Azərbaycan ilə Türkiyə arasında yükdaşımalara dair tariflər müəyyən edilib. Yük sahibləri və yükgöndərənlər həmin qiymətlərlə tanış olub sifarişlərini edə bilərlər.
Qiymətlər cədvəlində hər iki ölkənin əsas şəhərləri arasında tariflər göstərilsə də, “ADY Express” şirkəti “qapıdan-qapıya” yükdaşımaları xidməti təqdim etdiyindən, Azərbaycanla Türkiyə arasında yüklərin nəqli bütün istiqamətlər üzrə həyata keçirmək mümkündür.
Onu da qeyd edək ki, cədvəldə göstərilən qiymətlər hər iki istiqamətdə eynidir və tariflərə konteynerlərin ayrılması daxil deyil.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!