USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Leyla Əliyevanın təşəbbüsü ilə Moskva ali məktəblərinin tələbələri arasında intellektual oyun keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskva Ali Məktəblərinin tələbələri arasında intellektual oyun keçirilib. Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən Rusiya İntellektual Oyunlar Assosiasiyasının dəstəyi ilə təşkil olunmuş və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbirdə Rusiya ali məktəblərinin tələbələrindən ibarət 16 komanda iştirak edib.

 

ASAN Radio xəbər verir ki, RAGB İdarə heyətinin üzvü Emin Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın tədbir iştirakçılarına təbrikini və ən xoş arzularını çatdırıb. E.Hacıyev deyib: “Bu cür turnirlər bizim gənclər arasında çox populyardır. Bu, həmin gənclərin intellektual baxımdan inkişafına və komanda şəklində işləmək bacarığına dəlalət edir. Gələcəkdə biz RAGB-nin sədri Leyla Əliyevanın dəstəyi ilə çoxlu belə turnirlər keçirməyi planlaşdırırıq. Sevindirici haldır ki, bu gün müxtəlif beynəlxalq intellektual turnirlərdə bizim təşkilatı təmsil etmək üçün layiqli komandalarımız var”.

 

Oyunda Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) Azərbaycan klubunun komandası qalib gəlib.

 

Turnirin üç ən yaxşı oyunçusu adına M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Azərbaycan klubu komandasının iştirakçısı Viktoriya Kalyadina, MDLU-nun Azərbaycan klubu komandasının oyunçusu Aleksandra Şemelinina və G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin komandasının nümayəndəsi Leyla Carçıyeva layiq görülüb.

 

“Qələbə əzminə görə” nominasiyasında İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin “Dr. Brain” komandası qalib gəlib. “Avisenna” komandasının lideri Bəyaz Gözəlzadə ən yaxşı kapitan hesab edilib.

 

Qaliblərə sertifikatlar və xatirə suvenirləri təqdim olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!