USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Motorola” yenidən Azərbaycan bazarında

“Motorola” uşaqdan böyüyə hamının tanıdığı brendlərə sırasına daxildir. Onun inkişaf tarixi ümumiliklə bütün mobil sənayenin tarixi hesab olunur.  Bu gün dünyada ilk mobil telefon hesab edilən “Motorola” yenidən Azərbaycan bazarında təqdim olunmağa başlayıb. Belə ki, 1997-ci ildən ölkəmizin telekommunikasiya bazarında öz etibarlılığı və peşəkarlığı ilə məşhur olan “İnteqral” şirkəti “Motorola” məhsullarını yenidən gündəmə gətirib. 

“İnteqral” şirkətinin baş direktoru Oqtay Qurbanov bildirir ki, şirkətin məqsədi müştəriyə fərqli və keyfiyyətli məhsul verərək onun zövqünü oxşamaqdır.

"Lenovo East" şirkətinin İcraçı direktoru Aleksey Kloçkov isə "Motorolla"nın Azərbaycan bazarında yenidən təqdim olunmasını "əfsanənin geri dönüşü" hesab edir və bu missiyanın elə də asan olmadığını bildirir: 

“Bilirsinizmi, əfsanə olmaq özlüyündə böyük zaman və məsuliyyət deməkdir. Mən düşünürəm ki, yenilənmiş "Motorolla" brendi Azərbaycan müştərisinə bir çox maraqlı texnoloji yeniliklər gətirərək, mobil cihazlardan istifadəni daha da zövqlü edəcək. Biz bir sözlə, bu gün “Lenovo” şirkətinin məhsullarını rebrendinq edərək onu alıcılara yeni imicdə təqdim edirik və gələcəkdə də onların etimadını doğrulacağımıza inanırıq.  Əgər təqdim etdiyimiz məhsul əfsanə kimi qəbul edirlirsə, biz buna görə sadəcə minnətdarıq”.

Qeyd edək ki, "Motorolla"nı təqdim edən “İnteqral” şirkəti 15 dünya brendinin rəsmi distribütorudur. Eyni zamanda şirkət Azərbaycanın bütün bölgələrini öz məhsulları ilə təmin edən güclü diler şəbəkəsidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!