USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Quba regional “ASAN xidmət” mərkəzi 500 minə yaxın vətəndaşa xidmət göstərir

Dekabrın 26-da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Quba şəhərində yeni açılan “ASAN xidmət” regional mərkəzinin şəraiti ilə tanış olmaq və əhalini məlumatlandırmaq məqsədilə mərkəzə press-tur təşkil edib.

ASAN Radionun müxbirinin verdiyi məlumata görə, press-tur iştirakçılarının diqqətinə çatdırılıb ki, Quba “ASAN Həyat” konsepsiyası Quba “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ xidmətlə bərabər, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığına, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Dövlət Agentliyinin İnformasiya Təminatı Şöbəsinin rəhbəri Anar Hüseynov bildirib ki, Quba regional “ASAN xidmət” mərkəzinin binasının tikintisinə 2017-ci ilin əvvəlində başlanılıb. Tikinti işləri 2017-ci il ilin dekabr ayında başa çatdırılıb.

“ASAN həyat” kompleksi 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyekti üçün nəzərdə tutulan binalardan ibarətdir.

Bura “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi, “ABAD” Məktəbi, kinoteatr, Quba regional “ASAN Təlim” Mərkəzi, kafe və bank (ödənişlər üçün mərkəz) daxildir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə yaradılıb. Quba regional “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı (Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər (bank, sığorta, hüquqi yardım, tərcümə və s.) təşkil edilib.

Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən Quba regional “ASAN xidmət” mərkəzində çalışan əməkdaşların sayı 170, könüllülərin sayı isə 45 nəfərdir. Mərkəz Quba, Qusar, Xaçmaz və Şabran rayonu ərazisində qeydiyyatda olan, ümumilikdə, 497 min 655 vətəndaşa xidmət göstərir.

Quba regional ABAD mərkəzi isə şimal regionunda rəqabətqabiliyyətli ailə təsərrüfatlarının qurulmasına dəstək göstərəcək. Mərkəzin xidmətlərinə ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, dizayn və brendinq, hüquqi yardım, maliyyə-mühasibat, logistika, satışın təşkili xidmətləri daxildir. Məqsəd şimal regionunda yeni ailə brendləri yaratmaq, ailə təsərrüfatlarının məhsullarının daxili və xarici bazarda satışını təşkil etmək, özünüməşğulluq proqramının icrasına dəstək göstərməkdir.

ABAD mərkəzinin tabeliyində yaradılan ABAD məktəbində xalçaçılıq, tətbiqi incəsənət və nəzəri kurslar olmaqla, üç istiqamət üzrə dərslər keçiriləcək. Məktəbdə şimal regionunda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ABAD-çı ailələrin sayının artırılması istiqamətində iş aparılacaq, təlimlər keçiriləcək, o cümlədən ərzaq məhsullarının istehsalı ilə məşğul olan ailə təsərrüfatları üçün biznes-planlaşdırma, marketinq, maliyyə-mühasibat kimi sahələrdə nəzəri kurslar təşkil olunacaq.

Quba regional “ASAN Təlim” Mərkəzi isə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşlara, digər dövlət orqanları və funksional xidmət əməkdaşlarına “ASAN” təcrübəsi əsasında formalaşmış vətəndaş axınının, həmçinin stressin idarə olunması, etik davranış və digər təlimlərin keçirilməsini təmin edir.

“ASAN həyat” kompleksinin yerləşdiyi ərazidə avtomobil dayanacağı və yerüstü piyada keçidi də yaradılıb.

Vətəndaşların istirahəti üçün geniş park və uşaq əyləncə meydançası, həmçinin qapalı istirahət zonaları (kinoteatr) nəzərdə tutulub. Kinoteatrda Azərbaycan filmləri ilə yanaşı, müxtəlif ölkələrdə istehsal olunan filmlərdə nümayiş etdiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!