USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı hazırlanmış məlumat açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsi tərəfindən “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı hazırlanmış məlumat açıqlanıb.

ASAN Radionun xəbərinə görə, məlumatda deyilir:

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin nəzərinə,

2017-ci ilin noyabr-dekabr aylarında Dövlət Xidmətlərinin Elektron Reyestrinə (www.dxr.az) daxil edilmiş xidmətlərin “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla müəyyən edilən qiymətləndirmə meyarları və altmeyarları vasitəsilə mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər  tərəfindən qiymətləndirilməsinə başlanılıb.

Hazırda dxr.az sistemi üzərindən mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər də daxil olmaqla 47 xidmət təminatçısı tərəfindən göstərilən 634 xidmət qiymətləndirilir. 

Xidmət təminatçıları tərəfindən aparılan qiymətləndirmə 30 dekabr tarixində başa çatacaqdır. 2018-ci ildən etibarən, yanvar-sentyabr ayları ərzində xidmətlər Dövlət Agentliyində formalaşdırılan Qiymətləndirmə qrupu tərəfindən qiymətləndiriləcəkdir.

2017-ci il 19 dekabr tarixinədək olan Dövlət Agentliyindən alınan rəsmi məlumatlara əsasən qiymətləndirməni başa çatdıran qurumlar:

1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

5. Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti

6. Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti

7. Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti

8. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

9. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Akademiyası

10. Azərbaycan Respublikasının Energetika Nazirliyi

11. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

13. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi

14. Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti

 

2017-ci il 19 dekabr tarixinədək olan Dövlət Agentliyindən alınan rəsmi məlumatlara əsasən sistemdə qiymətləndirməni həyata keçirməmiş qurumlar: 

1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi

4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

5. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti

6. Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyəti

7. “Azəriqaz” İstehsalat Birliyi

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

9. Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyəti

10. Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti

11. Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyəti

12. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

13. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

14. Azərbaycan Respublikasının Vergilər Nazirliyi 

15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

16. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası

17. “Azəristiliktəchizat” ASC

18. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

 

Xidmət təminatçılarının bir daha nəzərinə çatdırırıq ki, qiymətləndirmə 30 dekabr tarixində yekunlaşacaqdır. Artıq 2018-ci ilin yanvar ayından xidmətlərin Dövlət Agentliyində formalaşdırılan Qiymətləndirmə qrupu tərəfindən qiymətləndirilməsinə başlanacaqdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!