USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ABAD”ın təqdim etdiyi “Kəndli” kolbasası və “Şərəfə” pendiri satışa çıxarıldı 

“ABAD” publik hüquqi şəxs tərəfindən dəstəklənən Rəhimovlar və Şükürovlar ailələrinin istehsal etdiyi ət və süd məhsulları satışa çıxarılıb.

Belə ki, artıq “Bravo” hipermarketlər şəbəkəsində Masallı rayonundan olan “ABAD”çı Rəhimovlar ailəsinin “Kəndli” brendi altında təqdim olunan kolbasalarını və Şükürovlar ailəsinin “Şərəfə” brendi altında təqdim olunan pendirini əldə etmək mümkündür.

Yalnız yerli xammaldan və təbii ədviyyatlardan istifadə olunmaqla hazırlanmış məhsullar özünəməxsus dadı ilə fərqlənir. Hər iki məhsulun tərkibi tam təbiidir və kimyəvi qatqılardan istifadə olunmayıb.

“Kəndli” kolbasası etiketinin hazırlanmasında ailə başçısı Əhmədağa Rəhimovun təsvirindən istifadə olunub və üzərində keyfiyyət nişanı olaraq “ABAD” leybli yerləşdirilib.

Qeyd edək ki, bu məhsullar “ABAD”ın ailələrə təqdim etdiyi müasir texnologiyalarla təchiz olunmuş monoblok-konteynerlərdə hazırlanır. Bütün zəruri standartlara cavab verən bu avadanlıqlarlar müvafiq texniki sertifikatlara malikdir. 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. “ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!