USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN məktub” layihəsi çərçivəsində Zaqataladan olan 64 uşağın arzusu reallaşıb

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində “ASAN məktub” layihəsi çərçivəsində Zaqatala rayonunda aztəminatlı ailələrdən olan 64 uşağın istək və arzusu reallaşıb.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 28-də Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “ASAN könüllüləri” təşkilatının dəstəyi ilə uşaqların arzuladıqları hədiyyələr onlara çatdırılıb.

Xatırladaq ki, 2015-ci ildən etibarən reallaşan bu layihənin əsas məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək, ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə uşaqlara qayğı hissini daha da artırmaqdır. Layihə çərçivəsində sosial qayğıya ehtiyacı olan uşaqlar məktubla internet vasitəsilə öz istək və arzularını bildirirlər. Onların yazdıqları məktublara xeyirxah insanlar tərəfindən münasibət bildirilir və uşaqlar arzuladıqları hədiyyələri əldə edirlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!