22/07/2018 14:34

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9828 0.0267 0.3529


Havadasan

Yeni ilin ilk günündə hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ


29.12.2017   12:41


Bakıda və Abşeron yarımadasında yanvarın 1-i axşamdan 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya bildirilib ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.

Azərbaycanın rayonlarında yanvarın 1-2-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.
















ASAN Radio telefonunuzda
Facebook