USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İtaliyalı musiqiçi Bakıda konsert, ASAN Radioya ÖZƏL müsahibə verib

Dekabrın 29-da Beynəlxalq Muğam Mərkəzində italiyalı musiqiçi Luiza Sellonun Yeni il münasibətilə konsert proqramı təşkil olunub.

ASAN Radionun informasiya dəstəyi ilə keçirilən konsert Beynəlxalq Muğam Mərkəzi və “United Cultures”in təşkilatçılığı və İtaliyanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.

Konsertdə tanınmış bəstəkarlar Cakino Rossini, Jorj Bize və Mosartın kompozisiyaları, həmçinin müasir dövrün bəstəkarlarından Ennio Marikone və Valter Silviottinin musiqiləri ifa edilib. 

Luiza Sello Stefano Muskaritolo və Kəmalə Əlizadənin bu konsert üçün bəstələdikləri musiqi parçalarını azərbaycanlı musiqiçilərin müşayiətilə ifa edib. Kompozisiyalardan biri azərbaycanlı kontr-tenor İlham Nəzərov tərəfindən ifa olunub. 

Luiza Sello ASAN Radioya eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:

- Tədbirin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Məncə bu tədbir olduqca vacibdi, çünki iki mədəniyyətin – Azərbaycan və İtalya mədəniyyətlərinin qovuşmasını özündə ehtiva edir. Biz iki ölkənin musiqisindən repertuarları bir araya gətirmişik. Hərçənd mən və həmkarım Muskaritolo səhnədə yeganə italyan musiqiçiləriyik və digər ifaçıların hamısı Azərbaycandandı, amma biz bu tapşırığın öhdəsindən gəldik. Azərbaycan musiqisi ilə dostluğumuz bir neçə il əvvəl başlamışdı və qısa zaman ərzində əlaqələrimizi inkişaf etdirdik. Məncə bu bizə iki mədəniyyət arasında kontakt yaratmaq üçün kifayət etdi. 

- İlk dəfə Azərbaycan musiqisini eşidəndə, bu Sizin qulaqlarınızda necə səslənmişdi?

- Başlanğıcda bu bizim üçün olduqca çətin idi, çünki sizin milli musiqiniz muğam və onun harmoniyası bizə yad idi. Lakin biz artıq buna öyrəşmişik. Hətta mən gələcəkdə muğamı oxumaq da istərdim. Bu təbii ki zarafatdı, çünki müğənni deyiləm. Amma ən azından bunu fleytoda etməyə çalışıram. 

- Muğamı təsirli hesab edirsiniz?

- Təsirli yox, cəlbedici deyərdim. Çox şirin və bir o qədər melanxolik sədası var. Bu baxımdan cəlbedici hesab edirəm. 

- Sizcə bizim musiqiçilərimiz bu işin - iki fərqli musiqini bir araya gətirməyin öhdəsindən gələ bilirlər?

- Əlbəttə. Onlar bu mövzuda çox yaxşıdırlar.

- Onları italyan həmkarları ilə necə müqayisə edərdiniz?

- Professionallıq baxımından çox oxşarıq. İtalyanlar dünyada çox məşhurdu, bəlkə şəbəkə baxımından bir qədər zəifdilər, amma işlərinin öhdəsindən gəlirlər. Elə burda da eyni stili görürəm. 

Qeyd: Luiza Sellodan müsahibəni ASAN Radioda təcrübə keçən ADA Universitetinin tələbəsi Heydər İsayev götürüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!