23/04/2018 23:08

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0862 0.0278 0.4183


İdmandasan

Robert Prosineçki Bosniya və Herseqovina millisinin baş məşqçisi təyin edilib


04.01.2018   18:25


Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub. ASAN Radionun Apasport.az saytına istinadən verdiyi məlumatına görə, xorvatiyalı mütəxəssis Bosniya və Herseqovina yığmasının “sükanı arxası”na keçib.

Bu barədə qərar ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin bugünkü iclasında verilib. Komitə üzvləri Amar Osimlə Prosineçki arasında seçim ediblər.

49 yaşlı mütəxəssis yeni iş yerində fəaliyyətə bu ayın sonunda başlayacaq. O, milli komandanı yanvarın 28-də ABŞ-da təlim-məşq toplanışına aparacaq və 3 gün sonra yetirmələri ilk matçında Meksika ilə qarşılaşacaq.




Xəbər lenti

23 Aprel













ASAN Radio telefonunuzda
Facebook