USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Z.Səmədzadə: Qlobal risklərə baxmayaraq, Cənab Prezidentin tapşırığı ilə heç bir sosial layihə dayandırılmadı - Özəl/Audio

"Büdcə dövlətin ali iqtisadi sənədidir. Dünyanın əksər ölkələrində 2018-ci ildə büdcə artımı müşahidə olunmamışdır. Çünki qlobal risklər var, dünya böhranı davam edir. Elə götürək - qonşu Ermənistanı və sair. Ancaq Azərbaycanda büdcə gəlirləri 3 milyarddan çox artacaq."

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə "QəbuldASAN" verilişində söyləyib.

Akademik bildirib ki, bu adi məsələ deyil və Cənab Prezidentin tapşırığı ilə qlobal risklərə baxmayaraq, heç bir sosial layihə dayandırılmadı.

"Büdcənin tərkibində belə bir maddə var: müdafiə olunan xərclər, əmək haqqıdır, pensiya və s. Onların heç bir azalması təmin olunmadı, əksinə bu il sosial xərclərin keçən ilə nisbətən artması nəzərdə tutulmuşdur. O xərclər də büdcə xərclərinin 37%-i təşkil edir" - deyə, komitə sədri əlavə edib. 

Akademik Ziyad Səmədzadənin fikirlərini buradan dinləyin:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!