24/01/2018 11:30

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0948 0.0302 0.4514


İdmandasan

Türk futbol tarixinin ən bahalı transferi baş tutdu


06.01.2018   14:30


“Beşiktaş”ın hücumçusu Cenk Tosun “Everton”a keçib. ASAN Radionun məlumatına görə, gözlənilən transfer artıq rəsmiləşib.

Türkiyə millisinin forvardı üçün Liverpul təmsilçisi “qara qartallar”a 28 milyon avro ödəyəcək.

Futbolçu ilə 4.5 illik müqavilə imzalanıb ki, Cenk “Everton”da illik 4 milyon avro qazanacaq.

Qeyd edək ki, bu transfer türk futbol tarixinin ən bahalı keçidi olub. Mövsümün əvvəlində “Başakşehir”dən “Roma”ya keçən Cengiz Ünder üçün 15 milyon avro ödənmişdi.




Xəbər lenti

24 Yanvar
23 Yanvar











ASAN Radio telefonunuzda
Facebook