18/07/2018 05:21

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9921 0.0273 0.3510


Dövlət xidmətləri

"ASAN xidmət" mərkəzlərinə 19 milyonuncu müraciət qeydə alınıb


08.01.2018   10:24


Rzayevlər ailəsinin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 19 milyonuncu müraciət kimi qeydə alınıb.

ASAN Radioya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, ailə 2 yaşlı övladı Amir Rza üçün Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Balaca Amirə ümumvətəndaş pasportu təqdim olunub və “ASAN xidmət” tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.




Xəbər lenti

17 Iyul
16 Iyul













ASAN Radio telefonunuzda
Facebook