24/01/2018 11:12

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0948 0.0302 0.4514


Birjadasan

Naxçıvan-Məşhəd beynəlxalq sürət qatarının hərəkəti bərpa edilir


09.01.2018   10:04


Yanvarın 11-dən 16/15 №-li Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya verilən məlumata görə, qatar 11.01.2018-ci il tarixdən etibarən həftədə bir dəfə Naxçıvandan həftənin IV günləri, Bakı vaxtı ilə saat 7-00-da yola düşəcək.

Məşhəd stansiyasına 12.01.2018-ci il tarixdən etibarən həftənin V günləri İran vaxtı ilə saat 14-25-də çatıb və həmin gün saat 22-00-da geriyə yola düşəcək. Naxçıvana qatar 14.01.2018-ci il tarixdən etibarən həftənin VII (bazar) günləri saat 6-00-da çatacaq.




Xəbər lenti

24 Yanvar
23 Yanvar











ASAN Radio telefonunuzda
Facebook