USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATU-nun insan anatomiyası kafedrasında elmi-praktik seminarlar keçirilir

Bir neçə ildir ki, Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası kafedrasında hər iki semestrin sonunda elmi-praktik seminarlar keçirilir. ATU-dan ASAN Radioya xəbər verilib ki, bu seminarların məqsədi professor-müəllim heyətinin pedaqoji ustalığını artırmaq, metodiki bilik və bacarıqlarını təkmilləşdirmək və tədrisin keyfiyyətini yüksəltməkdir. Belə ki, qışda və yayda dərs prosesi başa çatdıqdan sonra növbəti semestrdə keçiləcək dərslərə aid bölgülər aparılır, müəllimlərə proqrama uyğun mövzular verilir. Təqvim planına daxil olan dərslərin müzakirəsi zamanı təcrübəli müəllimlərin məsləhətləri dinlənilir, hər mövzu üzrə tələbələrə öyrədilməsi vacib olan bilgilərdən, yeniliklərdən söhbət açılır və həmin yeniliklər təhlil olunaraq dərs prosesinə daxil edilir.

Kafedrada təşkil olunan növbəti seminarda tibb üzrə fəlsəfə doktoru Ramilə Babayevanın “Ağız boşluğu orqanları: dil, dişlər və ağız suyu vəzilərinin morfo-funksional anatomiyası”, tibb üzrə fəlsəfə doktoru Nigar Allahverdiyevanın isə “Yumşaq damaq, udlaq və qida borusunun morfo-funksional anatomiyası” mövzusunda praktiki dərslər aparıblar. Dərs zamanı təkcə nəzəri biliklər verməklə kifayətlənməyən müəllimlər slaydlardan, mövzuya aid illüstrasiyalardan, hərəkətli və hərəkətsiz görüntülərdən istifadə edərək auditoriyanın diqqətini özlərinə cəlb etməyi bacarıblar.

Kafedranın dərs hissə müdiri, dosent Şöhrət Qasımov, professorlar Ağasəmid İsayev, Mübariz Allahverdiyev və Elçin Xıdırov praktiki dərslərin gedişini təhlil edərək tövsiyələrini veriblər. Bildirilib ki, seminarlarda tələbəyə ilk növbədə hansısa mövzunun əhəmiyyəti izah edilməlidir. Belə olduqda tələbə öyrəndiyi mövzunun zəruriliyini seminarlarda yaxşı anlayaraq, mühazirələrə daha böyük maraqla qulaq asır. O da vurğulanıb ki, eyni mövzu ayrı-ayrı fakültələrdə fərqli səviyyədə tədris edilə bilər.

Bu cür seminarların keçirilməsi müəllimlərin peşə hazırlığının səviyyəsini yüksəltməklə yanaşı, onlarda məsuliyyət hissini də gücləndirir.

Qeyd edək ki, kafedrada tətbiq olunan multimedia sistemi seminarların gedişini auditoriyadan kənarda da izləmək imkanı yaradır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!