USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DİN-nin əməkdaşları veteran polisləri ziyarət ediblər

Daxili İşlər Nazirliyi rəhbərliynin tapşırığına əsasən, Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşları faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə 1941-1945-ci illər müharibəsinin iştirakçıları olan 6 polis veteranının yaşadığı ünvanlara baş çəkərək onlarla görüşüblər.

Görüşlərdə faşizm üzərində tarixi qələbənin qazanılmasında həmvətənlərimizin ön və arxa cəbhədəki böyük fədakarlığından və qəhrəmanlığından bəhs olunub, məhz Ulu Öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra 9 Mayın müstəqil Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən cəmiyyətin ən dəyərli üzvləri kimi onlara hər cür diqqət və qayğı göstərildiyi vurğulanıb. 

Bildirilib ki, onların mənalı həyat yolu və zəngin təcrübəsi yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına hər zaman örnək olacaq, vətənə sonsuz məhəbbət, anda, dövlətə sədaqət rəmzinə çevrilmiş qəhrəmanlıqları, əzmkarlıqları unudulmayacaq.  

Nazirliyin təmsilçiləri əlamətdar bayram münasibətilə veteranları rəhbərliyin adından təbrik ediblər, onlara cansağlığı arzulayıblar, ən xoş arzularını çatdırıblar, daha sonra maddi yardım göstəriblər. 

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!