Ölkə ərazisində yanvarın 9-u gündüz hava şəraiti əsasən yağmursuz keçib, lakin 9-u axşamdan 10-u səhərədək hava dəyişib, qeyri-sabit olub, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda yağış, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumata görə, düşən yağıntının miqdarı Qusarda 11, Qubada 10, Şabranda 5, Sarıbaş, Astara, Altıağacda 4, Xınalıqda 3, Şahdağ, Xaltanda 2, Mərəzə, Balakən, Göytəpə, Lerik, Kişçayda 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Binə, Pirallahı, Zabratda 1 mm olub.
Qar örtüyünün hündürlüyü Qırızda 13, Şahdağda 12, Quba, Xınalıqda 10, Qusar, 8, Altıağacda 7, Sarıbaşda (Qax) 6, Xaltanda 4, Rvarud, Lerikdə 2, Mərəzə, Şabranda 1, Qubanın dağlıq ərazilərində 4-13 sm təşkil edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!