USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AMK və UCLA memorandum imzalayıb

ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los Anceles Universitetinin (UCLA) kitabxanasında 9 yanvar 2018-ci il tarixində Azərbaycan Milli Kitabxanası (AMK) ilə sözügedən kitabxana arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

 

ASAN Radioya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Şimali Amerikanın 10 ən böyük akademik kitabxanasından biri olan UCLA Kitabxanasında 9 milyonadək kitab saxlanılır.

 

İlk öncə çıxış edən UCLA Kitabxanasının Yəhudi, Yaxın Şərq və Mərkəzi Asiya üzrə əməkdaşı Deyvid Hörş (David Hirsch) Azərbaycana səfərləri və bu səfərlər müddətində ölkəmizdə kitabxanaçılığın inkişafı barədə əldə etdiyi təəssüratlarını bölüşərək, Azərbaycan ilə UCLA Kitabxanası arasında əməkdaşlığın gələcəyinə böyük ümidlərlə yanaşdığını qeyd edib.

 

Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov AMK ilə UCLA Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanmasının hər iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsinə imkan yaradacağını, oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracağını qeyd edib. O, bu memorandumun imzalanmasının eyni zamanda qısa bir müddət ərzində həm Azərbaycan Milli Kitabxanasında, həm də UCLA Kitabxanasında hər iki ölkənin tarixinin, mədəniyyətinin, elminin, adət və ənənələrinin təbliğində və öyrənilməsində əhəmiyyətli rol oynayacaq informasiya və elektron resursları fondunun formalaşmasına və oxucuların istifadəsinə verilməsinə imkan yaradacağını vurğulayıb. K.Tahirov, həmçinin, UCLA Kİtabxanası ilə əlaqələrin yaradılmasında göstərdiyi dəstəyə görə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təşəkkürünü ifadə edib.

 

Sonra çıxış edən UCLA Kitabxanasının direktoru Virciniya Stil (Virginia Steel) Azərbaycan Milli Kitabxanasının UCLA kitabxanasının beynəlxalq tərəfdaşlarından birinə çevrilməsindən məmnunluq hissi duyduğunu bildirib. O, UCLA Kitabxanası və AMK-nın əməkdaşlığı və birgə həyata keçirəcəyi layihələr vasitəsilə bütün dünyada alim və tələbələrə hər iki ölkə haqqında biliklərin daha geniş və asan şəkildə çatdırılacağına əminliyini ifadə edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!