USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ADA Universitetində sinxron şahmat yarışı keçiriləcək

ADA Universitetinin və Vüqar Həşimov Şahmat Akademiyasının təşkilatçılığı ilə yanvarın 12-də saat 10-da bu ali təhsil ocağında sinxron şahmat yarışı keçiriləcək.

ASAN Radio xəbər verir ki, turnirdə yarışda ADA Universitetinin tələbələri beynəlxalq şahmat ustası Sərxan Həşimova və beynəlxalq qrossmeyster İlahə Qədimovaya qarşı mübarizə aparacaqlar.

Beynəlxalq şahmat ustası Sərxan Həşimov onqat Azərbaycan çempionu, Avropa çempionatının bürünc medalçısı, İspaniyanın nüfuzlu San-Sebastian turnirinin qalibi olub. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 15 ildən çox təcrübəsi olan IT mütəxəssisi Sərxan Həşimov HP, Oracle və SAP kimi beynəlxalq şirkətlərdə çalışıb. O, 2016-cı ildən etibarən “Microsoft Azerbaijan” şirkətinin baş direktoru vəzifəsində çalışır və bir müddət əvvəl “Microsoft”un MDB üzrə İdarə Heyətinin üzvü seçilib.

Beynəlxalq qrossmeyster İlahə Qədimova üçqat dünya, ikiqat Avropa çempionu, bir çox beynəlxalq turnirlərin qalibidir. “Microsoft Azerbaijan” şirkətinin xidmətlər üzrə icraçı meneceri İlahə Qədimova Maltada Aralıq Dənizi Ölkələri Diplomatik Tədqiqatlar Akademiyasında diplomatiya üzrə magistr dərəcəsi alıb. Diplomatiya sahəsində 13 il təcrübəsi olan İlahə Qədimova Azərbaycanı Avropa İttifaqında təmsil edib. O, həmçinin beş il ərzində “PASHA Private Banking” şirkətində çalışıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!