USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aİ mütəxəssis missiyası Azərbaycanda məktəb akkreditasiyası sisteminin inkişafına dəstək verəcək

Ümumi təhsildə xarici keyfiyyətin təminatı sisteminin yaradılmasında Azərbaycan Təhsil Nazirliyinə kömək etmək məqsədilə iki Aİ mütəxəssisi 16-18 yanvar tarixlərində Azərbaycanın paytaxtı Bakıya səfər edəcək. 

Aİ-dən ASAN Radioya bildirilib ki, adı çəkilən missiya Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) tərəfindən Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Azərbaycan məktəbləri üzrə xarici rəyçiləri təmsil edən iştirakçılar Aİ məktəblərinin akkreditasiya sistemi tərəfindən tələb olunan siyahıları tamamlamaq üçün kiçik qruplarda işləyə biləcəklər. Onlar həmçinin məktəblərin akkreditasiyası qaydalarına dair qanun layihəsini, eləcə də zəif və güclü cəhətləri müəyyənləşdirmək məqsədilə ölkədə mövcud normativ-hüquqi aktları, keyfiyyət standartlarını və göstəriciləri müzakirə edəcəklər. 

TAIEX-in səlahiyyətli mütəxəssisləri məktəblərin akkreditasiyası ilə bağlı Aİ təcrübəsini paylaşacaq və Azərbaycanda məktəblər üzrə akkreditasiya standartları və qaydalarının hazırlanmasına yardım göstərəcəklər.

TAIEX tələb yönümlü alət olaraq Aİ ilə imzalanan əməkdaşlıq və ya assosiasiya sazişləri çərçivəsində milli qanunvericilik, normativ-hüquqi aktlar və keyfiyyət standartlarını Aİ-yə üzv ölkələrin qanunvericilik, normativ-hüquqi aktlar və keyfiyyət standartları ilə uyğunlaşdırmaqda tərəfdaş ölkələrə dəstək verir. Şərq Qonşuluğu regionunda TAIEX Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə əməkdaşlıq edir. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!