24/01/2018 11:27

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0948 0.0302 0.4514


Rəsmi

Dövlət başçısı: “2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib”


10.01.2018   17:24


“2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib”.

ASAN Radionun məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, dünyanın müxtəlif yerlərində təhlükələrin, risklərin artmasına baxmayaraq, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin olunub: “Dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alsaq, ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Bu sabitliyin və uğurlu siyasətin təməlində xalq-iqtidar birliyi, xalqın dəstəyi dayanır. Dərin iqtisadi islahatlar ili kimi xarakterizə olunan 2017-ci ildə iqtisadi sahədə böyük uğurlar qazanılıb. Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən proseslərə yüksək qiymət verib”.




Xəbər lenti

24 Yanvar
23 Yanvar











ASAN Radio telefonunuzda
Facebook