USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN Könüllüləri” arasında şahmat üzrə Vüqar Həşimov xatirə turnirinə start verilib

Yanvarın 11-də Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun əbədiyyətə qovuşmasından dörd il ötür.

ASAN Radio xəbər verir ki, bununla əlaqədar Binəqədi Rayon Gənclər Evində Vüqar Həşimovun xatirəsinə həsr olunan “ASAN” könüllüləri arasında sayca üçüncü şahmat turniri təşkil edilib.

Turnirin açılışında qeyd olunub ki, insan haqqında ən yaxşı xatirələr onun əməlləridir. Vüqar Həşimov çoxsaylı parlaq qələbələri, maraqlı partiyaları və fantastik ideyaların bolluğu ilə düşüncə və təfəkkür oyununu zənginləşdirən əsl yaradıcı insan və dahi zəka sahibidir. Şahmat tarixində dərin izləri olan Vüqar Həşimov daim yeniliklərlə diqqəti cəlb edən, fantaziyalarının hüdudu olmayan, şahmat taxtasında müxtəlif variantlar təqdim edən, dərin hesablamalar aparmağı bacaran istedadlı zəka ustası kimi daim idmansevərlərin qəlbində yaşayır.

Azərbaycan şahmatının dünyada mühüm uğurlar qazanmasında, idmanın bu intellektual növünün ölkəmizdə inkişafında və təbliğində Vüqarın xidmətləri misilsizdir. İstər fərdi yarışlarda, istərsə də milli komandanın heyətində qazandığı uğurlar Azərbaycan şahmatında onun özünəməxsus yer tutmasını təmin edib, xidmətlərini əbədiləşdirib. Maraqlı oyunu, çoxgedişli kombinasiyalarla zəngin partiyaları, ən mötəbər turnirlərdə parlaq qələbələri ilə şahmat tarixinə adını əbədi həkk etdirən Vüqar Həşimov cəmi 27 il ömür sürməsinə baxmayaraq, bütün dünyada tanınır. Ömrü vəfa etsəydi Azərbaycan şahmatı Vüqarla neçə-neçə böyük uğurlara imza ata bilərdi. Vüqar Həşimov zəngin intellektə, yüksək mədəniyyətə və ensiklopedik biliyə malik dahi şahmatçı idi. Dahi şahmatçı alicənablığı və gülərüz siması ilə onu sevənlərin, doğmalarının ürəyində daim xoş xatirələrlə anılacaq, seviləcək.

Binəqədi rayon gənclər və idman idarəsinin rəis müavini Sevinc Süleymanova turnirin açılışında çıxış edərək beynəlxalq qrossmeysterin qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, Vüqar 27 illik qısa həyatı boyu çıxış etdiyi bütün yarışlarda peşəkar idmançıya xas mübarizlik, vətənə sevgi və ədalət prinsiplərini əsas tutub. Bu, onun idmançı olmaqla yanaşı, yüksək insani keyfiyyətlərindən xəbər verir. Vüqar Həşimovun xatirəsi onu sevənlərin qəlbində bu gün də yaşayır və gələcəkdə də yaşayacaq. Vətənpərvər və peşəkar şahmatçı olan Vüqarın uşaqların idmanın bu növünə cəlb olunmasında müstəsna xidmətləri var. Onun ən böyük arzularından biri Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək və özündən sonra yeni nəsil şahmatçıların yetişməsində yaxından iştirak etmək idi. Hazırda şahmatçının adını daşıyan akademiya uğurla fəaliyyət göstərir və Vüqarın arzuları bu məkanda gerçəkləşir.

“ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov mərhum şahmatçının nailiyyətlərinin Azərbaycan gəncləri arasında təbliğinin vacibliyini və beynəlxalq qrossmeysterin xatirə turnirlərinin bundan sonra da təşkil edilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, gənclər arasında sevilən Vüqarın xatirəsinə təşkil olunan turnirdə könüllülər öz şahmat bacarıqlarını nümayiş etdirərək ölkəmizdə idmanın bu növünün inkişafına və təbliğinə töhfə vermək imkanı qazanırlar.

Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Həmidə Əşrəfova tanınmış şahmatçının əldə etdiyi nailiyyətlərdən danışaraq, Vüqar Həşimovun Azərbaycan şahmatının inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. O, milli komandamızın Avropa çempionu olmasında əfsanəvi zəka ustasının rolunu xüsusi vurğulayıb.

Vüqarın bacısı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) əməkdaşı Samirə Allahverdiyeva qardaşının dünya şahmat tarixində özünəməxsus iz qoyduğunu vurğulayaraq deyib: “Vüqarın yeganə bacısı kimi, bu gün onun xatirəsinə həsr olunan bu mühüm turnirin təşkilinə görə Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi rayon gənclər və idman idarəsinin, “ASAN Könüllüləri” Təşkilatının rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu gün Vüqarın əbədiyyətə qovuşmasından dörd il ötür. Ancaq onun xatirəsi daim qəlblərdə yaşayır. Vüqarın xatirəsinə həsr olunan belə turnirlərin təşkili onun adının əbədiləşdirilməsinə xidmət edir. Vüqar həmişə ölkəmizdə şahmatın inkişaf etməsini, Azərbaycan şahmatının zəfərlər qazanmasını arzulayırdı. Məhz bu cür turnirlər Azərbaycanda şahmatın inkişafına mühüm töhfələr verir”.

Azərbaycanda könüllülük hərəkatının geniş vüsət aldığını, könüllülüyün yüksək keyfiyyətlərini vurğulayan Samirə Allahverdiyeva ölkəmizdə bu sahədə mühüm uğurların əldə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Belə yarışları könüllülərsiz təsəvvür etmək mümkün deyil. Könüllülərimiz üzərlərinə düşən məsuliyyəti dərindən dərk edirlər. Çünki ölkəmizə gələn xarici qonaqlarda məhz ilk təəssüratı könüllülər yaradırlar. Bunun üçün hər bir könüllü xalqını, dövlətini Vüqar kimi sevməli və onun təbliğində mühüm rol oynamalıdır.

O, həm Vüqarın xatirəsinin əbədiləşdirilməsində, həm də Azərbaycanda şahmatın inkişafında mühüm rolu olan belə turnirlərin, o cümlədən bugünkü yarışın təşkilinə görə bir daha minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb.

Çıxışlardan sonra turnirə start verilib. Dairəvi sistem üzrə beş turdan ibarət yarışda hər birinin heyətində dörd könüllü olan altı komanda mübarizəyə qoşulub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!