21/05/2018 01:34

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0069 0.0273 0.3806


ASAN xəbər

Rusiya ATƏT-in İtaliya sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində səylərini dəstəkləyəcək


12.01.2018   08:08


Rusiya ATƏT-in İtaliya sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində səylərini dəstəkləyəcək.

ASAN Radionun məlumatına görə, bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib.

"Bərabərhüquqlu əməkdaşlıq əvəzinə "ikili standartlar" görürük və ayrı-ayrı millətlərin və ölkələrin "müstəsnalığı" barədə bəyanatlar eşidirik. Bütün bunlar problemləri və münaqişələri həll etməyə kömək etmir, əksinə onları yaradır", - deyə Lukaşeviç bildirib.

O həmçinin qeyd edib ki, Moskva sədrliyin regional münaqişələrin həlli üzrə səylərinin davam etdirilməsini dəstəkləyir.




Xəbər lenti

19 May
18 May













ASAN Radio telefonunuzda
Facebook