21/09/2018 04:43

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9852 0.0255 0.2716


ASAN xəbər

Bakı qeyri-adi arxitekturaya malik şəhərlər üzrə "top-5"ə daxil edilib


12.01.2018   13:23


Populyar turizm bələdçisi "Lonely Planet" qeyri-adi arxitektura pərəstişkarı olan turistlərin xüsusilə bəyənəcəyi şəhərləri açıqlayıb.

ASAN Radio "Report"a istinadən xəbər verir ki, bu reytinq artıq dünyanın ən böyük arxitektura mərkəzlərində - Paris, Nyu-York və Londonda olanlara və yeni marşrutlar axtaranlara ünvanlanıb.

Bakı reytinqdə 5-ci yeri tutub. Reytinqi tərtib edənlər turistlərə Azərbaycanın paytaxtında İçərişəhər küçələrində gəzmək, Qız qalası və Heydər Əliyev Mərkəzini ziyarət etmək məsləhət görürlər.

"Top-5"də digər yerləri isə Barselona, İstanbul, Roma və Şanxay tutub.

"Lonely Planet"in ekspertləri qeyri-adi arxitekturaya malik şəhərlər üzrə "top-10"a həmçinin Brazilia, Oksford, Mayami, Mumbay və Çikaqonu daxil ediblər.




Xəbər lenti

20 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook